Cüme, 2024-04-26, 7:24 AM
Main
Registration
Login
Azərbaycan
Welcome Qonaq
Our poll
Saytımız xoşunuza gəlir ?
Cavabların Ümumi Miqdarı: 107
Statistics

Hal Hazırda: 1
Qonaqlar: 1
İstifadeçiler: 0
Main » FAQ [ New question ]




Sən çox qiymətli və sirrli bir əşyanı gizlincə və təhlükəsiz halda dostuna göndərmək istəyirsən. Bu əşyanı qoymaq
 
üçün sənin bir qutun var. Bu qutunun bir neçə qıfılı və hər qıfılın öz açarı var. Amma sənin dostunun bu qıfılların heç
 
 birinə uyğun açarı yoxdu. Və əgər sən qutuyla birgə qıfılın açarınıda göndərsən yolda qutunu açıb sirrdən xəbərdar
 
ola bilərlər.

Belə olan halda bu əşyanı dostuna necə göndərərdin?
 
 
 
 
 
 
Butulkaya qəpik salıiaraq ağzı tıxacla bağlanır.Butulkanı sındırmamaq və tıxacı çıxartmamaq şərtilə qəpiyi
 
butulkadan necə çıxarmaq olar?
 
 
 
 
 
Butulkaya qəpik salıiaraq ağzı tıxacla bağlanır.Butulkanı sındırmamaq və tıxacı çıxartmamaq şərtilə qəpiyi
 
butulkadan necə çıxarmaq olar?
 
 
 
 
 
1) Bütün gün boyu eyni sualı verib də fərqli fərqli cavab aldıgımız sual hansıdır?

2) Bir qayıqda üç kişi var imiş,elə olur ki,sərt hava şəraitindən qayıq çevrilir,qayıqdakılar suya düşür ,bu kişilərdən
 
 ikisinin saçı yaş olur.amma birininki yox.Sizcə niyə?


3) 1 nəfər bir otağı 4 saata rəngləyir,2 nəfər isə 1 otağı 2 saata rəngləyir.Bəs hər ikisi 1 otağı neçə saata rəngləyərlər?

4)Bir kişinin 3 uşağı var.1cisi kişinin yaşının 1ci rəqəmi yaşındadır,ikincisi kişinin yaşının 2 ci rəqəmi yaşındadır,3-
 
cüsü isə bu rəqəmlərin cəmi yaşındadır.Heç birisinin yaşları eyni deyil.Kişinin və uşaglarının yaşının cəmi 45-dir.Belə
 
olduğu halda kişinin neçə yaşı var?

5) Krandan su gəlir, ondan sonra nə gəlir?

6)Əsgərin biri əsir aldığı diəer əsgərə deyir ki, sən mənə elə bir şey de ki,əgər dediyin yalan olsa səni güllələyəcəm,əgər dediklərin düz olsa səni asacam.Əsir olan əsgər digər əsgərə elə bir cümlə deyir ki,onu azadlığa buraxır.Bəs necə olur ki,onu azadlığa buraxır?

7) Saat nə qədər işləyir

8) Divarla 10 kərtənkələ qalxır, birdən-birə kərtənkələ oxumağa başlayır və qalanları yerə tökülür. Niyə?

9) Kəndə gedən yolun qırağı çay daşlarıyla düzəlib, axund da oturub daşın üstündə. Bu vaxt 1 oğlan qaça-qaça gəlir, axunda deyir ki, arxadan gələnlərə yerimi demə. Sonra 1 neçə adam gəlir, axunddan oğlanı soruşur. Axund nəsə deyir, amma nə oğlanə satır nə də yalan danışır. Axund nə deyir?

10)Beş qardaş idik, beş alma idi budaqda, hərəmiz almalardan birini yedik. Neçə alma qaldı budaqda?

11) Elə bir ədəd yazın ki, onu 2-yə böləndə cavab özündən 2 dəfə böyük ədəd alınsın.

12) 2 Yol polisi yola nəzarət edir. Qırmızı işıq yanır, amma taksi sürücüsü yolu keçir. Polislər də onu saxlamır. Niyə?

13) 1 qız gül bağçasında gül dərən yerdə gülə dönür. Oğlan hansı gülün qız olduğunu tapsa, gül yenidən qıza dönəcək. Hansı gülün qız olmasını oğlan necə tapsın?

14)Hansı bağda ağac bitməz?
 
 
 
 
 
 
 
Bara bir oğlan gəlir və Barmenlə söhbət edir.Söhbət əsnasında Barmenin 3 uşağı olduğunu öyrənir və yaşlarını soruşur, Barmen onların yaşlarının hasili 72-dir deyir.Oğlan tapa bilmir, barmen ikisinin əkiz olduğunu deyir, oğlan yenə tapa bilmir.Barmen qapının üstündəki rəqəmi göstərib onların yaşlarının toplamı bu rəqəmdir.Oğlan yenə tapa bilmir.Barmen kiçik qızım dondurmanı çox istəyir deyincə oğlan yaşlarını tapır.

Bəs siz necə, tapa bilərsinizmi?
 
 
 
 
 
 
Bir ölkə var, burda 1-ci, 2-ci, və 3-cü günlər qadınlar yalan danışır, kişilər düz danışır. 4-cu, 5-ci, 6-ci günlər isə kişilər yalan danışır, qadınlar düz danışır.
Günlərin bir günü
Bir qadın deyir: Mən dünən yalan danışdım.
Bir kişi də deyir: Mən də dünən yalan danışdım.

Bu hansı gündür? (İzah edin)
 
 
 
 
 
 
Padşah bir günahkarı asacaqmış. Vəzirinə demiş:
"Bir kağıza ölüm bir kağıza həyat yaz. Bir torbaya qoy. Günahkar hansını seçsə o olacaq."
Vəzir, günahkar düşməni olduğu üçün ikisinə də ölüm yazmış. Günahkar da bunu bilirmiş.
Amma vəziri padşahın yanında günahlandıra bilməzmiş.

Sual: Günahkar necə xilas olar?
 
 
 
 
 
 
Dənizin ortasında bir ada var.Bu adada ancaq bir-birindən gözəl qızlar yaşayır.Həmin adaya kim düşsə qızlar onu öldürür.Birgün gəmi ilə 5-6 nəfər bu adaya səfərə çıxır.Qızlar gemidəki oğlanların hamısını öldürür, amma 1 oğlan gizlənir.Qızlar onu da tapıb öldürmək istəyəndə, Oğlan: İmkan verin son sözümü deyim sonra öldürün - deyir.

Oğlan qızlara nə deyir ki onu öldürmürlər?
 
 
 
 
 
Bir gün kvas satıcısının yanına bir oğlan 5 litrlik bir qabla gəlir və o satıcıya ona 4 litr kvas verməsini istəyir.Satıcı isə təəssüf ki, öz qabını biraz öncə əlindən salıb sındırıbmış.Lakin satıcıda 3 litrlik bir qab daha varmış.

3 litrlik qabla satıcı necə 4 litr kvası ölçsün?

Qeyd: Kvasın çəlləyinin də olduğunu unutmayın.
 
 
 
 
 
 
 
1) 5 ədəd ev var 5-i də ayrı rəng.
2) Hər evdə yaşayanın milliyyəti fərqlidir.
3) Hamısı ayrı növ içki içir, ayrı bir heyvan bəsləyir və ayrı bir marka siqaret çəkirlər.
4) Bu 5 insanın heç biri digərinin etdiyini etmir. Yəni sigareti ayrı, içkisi ayrı, bəslədiyi heyvan ayrı, evi ayri, hətta milliyyəti ayrı.


Məntiqi nəticəyə getmək üçün komponentlər :

1) İngilis qırmızı evdə yaşayır.

2) İsveçlinin iti var.

3) Danimarkalı çay içir.

4) Yaşıl ev ağ evin solundadır.

5) Yaşıl evin sahibi qəhvə içməyi sevir.

6) “Palmall” siqareti çəkənin bir quşu var.

7) Ortadakı evdə yaşayan süd içməyi sevir.

8)Sarı evdə yaşayan “Dunhill” siqareti çəkir.

9) Norveçli birinci evdə yaşayır.

10) “Marlboro” siqareti çəkən, pişiyi olanın yanındakı evdə yaşayır.

11) Atı olan insan, “Dunhill” siqareti çəkənin yanındakı evdə yaşayır.

12) “Winfield” siqareti çəkən, limonatı sevir.

13) Mavi evin yanında Norveçli yaşayır.

14) Alman “Rothmanns” siqareti çəkir.

15) “Marlboro” siqareti çəkənin qonşusu, ancaq, su içir.

Balıq kimə aiddir ?
 
 
 
 
 
 
 
 
İkimərtəbəli binanın ikinci mərtəbəsində 3 dənə işıq lampası var və həmən binanın birinci mərtəbəsində həmən 3 dənə işıq lampasını yandırmaq üçün ayrı-ayrılıqda 1-ci, 2-ci, 3-cü nömrəli düymə var və siz ikinci mərtəbəyə bir dəfə qalxmaq şərti ilə necə öyrənə bilərsiz ki, neçə nömrəli düymə hansı işıq lampasınındır?
 
 
 
 
 
 
Bir qadın otel otağında oturmuşdu və birdən qapı döyüldü.Qadın qapını açdı.Qapının önündəki adam: Bağışlayın səhv saldım, elə bildim öz otağımdı - dedi və liftə tərəf getdi.

Lakin, qadın qapını döyən adamın yalan danışdığını başa düşdü.

Sizcə qadın bu adamdan niyə şübhələndi?
 
 
 
 
 
3 dost bir yerdə yaşayırlar.Biri kor, biri kar, biri lal.Günlərin bir günü kar olan ölür.Bunu görən lal kora necə anlatsın ki, kor ölür.

Qeyd: (toxunmadan)
 
 
 
 
 
 
Kraliça Krala ordudakı əsgərlərin biri ilə xəyanət edir və Kral bunu bilir ancaq hansı əsgər olduğunu bilmir, orduda 10000 əsgər var, o onların hamısını sıraya düzür və deyər ki, ən sona qalan əsgərimi öldürməyəcəm.Sırayla başlayar və 1-cini öldürüb ikincini toxunmayıb 3-cünü öldürür və sairə.Yəni tək sayıları öldürür, sıra bitdikdən sonra təkrar düzər və yenə eyni şeyi təkrarlar.Ancaq kraliça həmin əsgərə elə bir yerdə dur deyib ki, o qəti olaraq axıra qalacaq.

Həmin əsgər sırada neçəncidir?
 
 
 
 
 
 
Bir kişi bankda işləyir və bunun tətilə çıxmaq istəyi gəlir.Elə həmin günü bir bara gedir ki, bir az əylənsin.Barda pivəni qabağına qoyub ətrafa baxır və bir qız görür.Salfetkaya sizinlə tanış ola bilrəmmi yazıb qarsonla qıza göndərir, qız kağızı alıb və ona cavab yazır.Kişi cavab olan kağıza baxıb heç nə başa düşmür, səhərisi aparıb dostuna göstərir. Dostu mənə bir daha yaxınlaşma, dostluğumuz bitti deyib gedir.Arvadına gösterir arvadı boşanma istəyi ilə məhkəməyə gedir.Heç bir şey anlamayan adam bəlkə bu həkim xəttidir deyib kağızı həkiminə aparır, həkim kağızı oxuyub öz otağına gedir və özünü asmış halda tapılır.Ata və anasına göstərir oğulluqdan çıxardırlar, axırda tək qalan adam kağızı bankda bir seyfə qoyur.Həmin gün banka oğurluğa gələn adamların biri təsadüfdən həmin seyfdəki kağızı tapır və tez pulları yerinə qoyun gedirik deyib bankdan qaçırlar.

Kağızda nə yazılıb?
 
 
 
 
 
 
 
Bir gün bir padşah vəziri, vəkili və 40 əsabəsi ilə birgə hamama gedir. Hamamın qapısında bir dilənçi xeyli yalvar-yaxar etdikdən sonra padşah dilənçinin qarşısındakı qaba 1 qəpik pul atıb, deyir: hər kəs gördüyünü atsın!

Sonuncu əsabə dilənçinin qabına neçə qəpik pul atmalıdır?
 
 
 
 
 
 
 
Nyu-York məktəblərinin birində müəllimənin pul kisəsi itmişdir. Pul kisəsi beş şagirddən – Lilian, Cudi, Devid, Teo və Marqaretdən biri götürə bilərdi. Sorğu zamanı hər şagird üç ifadə verdi:
Lilian: 1) Pul kisəsini mən götürməmişəm; 2) Mən ömrümdə heç nə oğurlamamışam; 3) Bunu Teo edib.
Cudi: 4) Mən götürməmişəm; 5) Mənim atam kifayət qədər dövlətlidir və mənim öz pul kisəm var; 6) Marqaret bilir, bunu kim edib.
Devid: 7) Mən götürməmişəm; 8) Məktəbə daxil olana kimi Marqareti tanımırdım; 9) Bunu Teo edib.
Teo: 10) Mən təqsirkar deyiləm; 11) Pul kisəsini Marqaret götürüb; 12) Lilian yalan deyir ki, pul kisəsini mən götürmüşəm.
Marqaret: 13) Müəllimənin pul kisəsini mən götürməmişəm; 14) Bu işdə təqsirkar Cudidir; 15) Devid məni anadan olandan tanıyır, o, mənə zamin ola bilər.

Sonrakı tədqiqat nəticəsində şagirdlər boyunlarına aldılar ki, onların hər birinin dediklərindən ikisi doğru, biri isə yalandır. Müəllimənin pul kisəsini kim oğurlayıb
 
 
 
 
 
 
 
Kəndin ağsaqqalı sakinlərə bir neçə il əvvəl qonşuluğda olmuş bir hadisəni danışır. Hadisə belə olub: Bir həkim yuxusunda gecə yarısı qonşu kəntdən qayıtdığını görür. Meşənin yanından keçəndə bir qadının yolda durub ona əl elədiyini görür. Qadın onuda maşına götürməyi xaiş edir və bunlar yollarına davam edirlər. Qəbirstanlığın yanından keçəndə qadın kişidən saxlamağı xaiş edir və qəbirstanlığa tərəf gedir. Kişi xeyli gözləyir qadın gəlib çıxmır və nəhayət maşından düşüb onun dalınca gedir. Gəlib görürkü qadın bir qəbirin yanında oturub nəsə eləyir. Sorşurki burda nə edirsən? Qadın qəfil çevrilir və deyir: “Ət yeyirəm!!!”. Kişi qorxudan yuxudan ayılır və ayılan kimidə ürəyi partlayıb ölür...
Ağsaqqal sözünü bitirir vı sakinlər dağılışıb gedir.
Amma Ağsaqqalın danışdığı heç də düz deyildi...Onun danışdığının düz olmadığını sübut edən səhvi tapin
 
 
 
 
 
 
 
 
Bir jurnalist ekskluziv kluba girmək istəyir amma parolu bilmir. O qapının yanında gözləyir və müşahidə eləməyə başlayır.. Az sonra klubun üzvlərindən bir nəfər qapıya yaxınlaşır və qapını döyür. Qapıçı cavab verir “On beş”. Klubun üzvü “Beş” deyir və içəri buraxılır. Az sonra klubun ayrı bir üzvü qapıya yaxınlaşır və qapıçı “On səkkiz” deyir. Klubun üzvü “Səkkiz” deyərək cavab verir və içəri buraxılır. Bütün bunları müşahidə edən jurnalist hər şeyi anladığını düşünür və qapıya yaxınlaşır. Qapıçı “On dörd” deyərək jurnalistə mürəciət edir. Jurnalist isə cavabında “Dörd” deyərək cavab verir. Lakin içəri buraxılmır. Sizcə qapıçı “On dörd” deyəndə jurnalist hansı cavabı verməli idi?
 
 
 
 
 
 
 
 
Biri varmış, biri yoxmuş. Bir padşah varmış. Günlərin bir günü padşah özünü tanıtdırmamaq üçün kəndçi libasında geyinib seyahətə çıxır. Az gedir, düz gedir, gedib bir adaya çıxır. Adanı gəzib dolaşır. Bir dənə ev görür. Evə yaxınlaşır və qapını döyür. Qapını cavan bir oğlan və cavan bir qız açır. Padşah öskürə-öskürə ac olduğunu bildirir. Qız ilə oğlan padşaha gözəl bir süfrə açırlar. Padşah yemək yeyəndən sonra bir az dincəlmək üçün yataq otağına keçir. Otaqda bir dənə yerə sərilmiş döşək və bir dənədə yataq taxtı görür.Padşah oğlan ilə qıza sual verir:
-Siz baci qardashsiniz ?
Oğlan ilə qız cavab verir:
-Bəli ! Biz baci qardaşıq. biz uşaq ikən ata, anamız rəhmətə gedib. Biz bir yerdə yasayırıq.Yatmaq vaxtı gələndə birimiz döşəkdə, birimiz isə bu yumşaq taxtda yatırıq.
Padşah onlarla vidalaşır. Xeyli vaxt keçəndən sonra padşah yenə də kəndçi libasında bunlara qonaq gəlir.Oğlan ilə qız padşahı görəndə padşahdan sorusurlar:
- Əziz qonaq ! Sən keçən dəfə bizdən gedəndən sonra evimizdə qaşıq itdi.Bəlkə sən yemək yeyəndən sonra qasığı cibinə qoyub aparmısan?
Padsah ise onlara belə cavab verir:
- Siz mənə yalan demisiniz. Siz bacı qardaş deyilsiniz. Siz məşuqsunuz...



Sual: Padşah hardan bildi ki , onlar bacı qardaş deyillər ?
 
 
 
 
 Cavabları Qonaq Kitabına Yaza Bilərsiniz
Reytinq: 4.0/5

Login form
Search
Site friends
  • Create your own site

  • | Copyright MyCorp © 2024 | |